10:11 - 3.04.2026
3 aprel, Fineko/abc.az. Neft qiymətləri cümə axşamı günü keçirilən ticarət sessiyasını mühüm artımla başa vurub, cümə günü isə bayramla əlaqədar ticarət aparılmır.
2 aprel tarixində keçirilən ticarət əməliyyatlarının yekununa əsasən, "Brent" markalı neftin qiyməti 7,87 dollar (7,78%) artaraq bir barel üçün 109,03 dollar təşkil edib. "WTI" markalı neftin may fyuçersi isə cümə axşamı 11,42 dollar (11,41%) bahalaşaraq bir barel üçün 111,54 dollara çatıb.
Cümə günü ticarət aparılmır, çünki ABŞ, Böyük Britaniya, Avropa və bir sıra Asiya ölkələrinin birjaları Pasxa bayramı (Müqəddəs Cümə) münasibətilə bağlıdır.

17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026