Azərbaycanın təbii qaz ixracı 14,4 milyard kubmetri ötüb — Qazın ümumi ixracdakı payı 25%-i keçib

15:45 - 17.08.2026


17 avqust, Fineko/abc.az. 2026-cı ilin yanvar-iyul aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycandan 14 milyard 427 milyon 713,63 min kubmetr təbii qaz ixrac edilib.

Dövlət Gömrük Komitəsinin statistikasına görə, ixrac edilən təbii qazın dəyəri 4 milyard 882 milyon 439,84 min ABŞ dolları təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixrac edilən qazın həcmi 0,12% artsa da, dəyəri 7,3% azalıb.

Hesabat dövründə təbii qazın ölkənin ümumi ixracındakı payı 25,25% olub.

Qeyd edək ki, ilin ilk 7 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 29 milyard 216 milyon dollar təşkil edib. Xarici ticarət dövriyyəsinin 19 milyard 336 milyon dolları ixracın, 9 milyard 881 milyon dolları isə idxalın payına düşüb. İllik müqayisədə ixrac 27% artıb, idxal isə 27,4% azalıb.