16:48 - 17.08.2026
17 avqust, Fineko/abc.az. 2026-cı ilin yanvar-iyul aylarında Bakı–Tbilisi–Ceyhan (BTC) əsas ixrac neft boru kəməri ilə 14 milyon 773,2 min ton neft nəql edilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,6% azdır.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə Azərbaycanda magistral neft kəmərləri ilə həyata keçirilən ümumi nəqletmənin 76,8%-i BTC kəmərinin payına düşüb.
Hesabat dövründə BTC kəməri ilə nəql edilmiş neftin 82,3%-ni (12 milyon 154,7 min ton) Azərbaycanda hasil edilən neft, 17,7%-ni (2 milyon 618,5 min ton) isə Türkmənistan və Qazaxıstandan daxil olan tranzit neft təşkil edib.
17 Avqust 2026
15 Avqust 2026