21:40 - 17.08.2026
17 avqust, Fineko/abc.az. Nyu-York Federal Ehtiyat Bankının (FHN) açıqladığı məlumatlara əsasən, avqust ayı üzrə ümumi iş şəraiti indeksi 5 bənd artaraq 20,6 bəndə çatdırıb. "Bloomberg" agentliyinin iqtisadçılar arasında keçirdiyi sorğuda orta proqnoz 10 bənd səviyyəsində idi.
Sifarişlərlə bağlı gözləntilərin 2022-ci ildən bəri ən yüksək həddə çatması fonunda yaxın altı ay üçün ümumi biznes mühitinə dair gözləntilər də yaxşılaşıb.
İstehsalat sektoru uzunmüddətli istehlak tələbatı və xüsusilə süni intellekt infrastrukturunun inkişafı ilə bağlı güclü investisiyalar sayəsində bu il dinamikasını artırıb. Bununla belə, müəssisələrin Yaxın Şərqdəki münaqişə səbəbindən artan xammal xərcləri və qeyri-müəyyənliklə mübarizə aparmaq məcburiyyətində qaldığı bildirilir.
FHN-in icra olunmamış sifarişlər göstəricisi 10,5 bənd artaraq 15,5 bəndə çatıb ki, bu da 2022-ci ilin aprelindən bəri ən yüksək göstəricidir. Mal və xammal üçün ödənilən cari qiymətlər indeksi may ayından bəri ilk dəfə yüksəldiyi halda, satılan məhsulların qiymət indeksi enib.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026