Kredit təşkilatlarında yerləşdirilmiş depozitlər artıb

15:01 - 3.02.2026


3 fevral, Fineko/abc.az. 2025-ci ilin dekabr ayına kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin cəmi məbləği 41 milyard 726 milyon manat təşkil edib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə bu il kredit təşkilatlarına yerləşdirilmiş depozit və əmanətlərin cəmi məbləği 1 milyard 455 milyon manat artıb.

Ötən ilin sonuna cəmi depozit və əmanətlərin 16 milyard 772 milyon manatı ev təsərrüfatlarına, 3 milyard 921 milyon manatı maliyyə təşkilatlarına, 21 milyard 33 milyon manatı qeyri-maliyyə təşkilatlarına məxsus olub.

2025-ci ildə cəmi depozit və əmanətlərin 15 milyard 368 milyon manatı və ya 37%-i xarici valyuta ilə yerləşdirilib.