Avropa Mərkəzi Bankı sanasiya prosesində olan banklara kredit verə biləcək

16:12 - 27.01.2026


27 yanvar, Fineko/abc.az. Avropa Mərkəzi Bankı (AMB) əvvəllər sanasiya prosesində olan banklara kredit verməyə imkan verməyən sənədlərə dəyişikliklər edib.

ABC.AZ xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Tam öhdəliklərini yerinə yetirə bilməyən banklar bundan sonra AMB-nin likvidliyinə “müəyyən şərtlərə əməl etməklə”, xüsusilə kifayət qədər öz kapitalına dair tələblərə riayət etdikləri halda çıxış əldə edəcəklər, deyə tənzimləyicinin mətbuat açıqlamasında bildirilir. Dəyişikliklər 30 mart 2026-cı ildə qüvvəyə minəcək.

Agentlik hesab edir ki, Avropa tənzimləyicisinin bu qərarı bir neçə il əvvəl İspaniyanın Banco Popular bankının sanasiyası zamanı aşkarlanan bank tənzimləməsindəki boşluğu nəhayət bağlaya bilər. Problemin ortaya çıxması bankdan kütləvi depozit çıxarılması ilə bağlı olub, bu zaman AMB kredit təşkilatını dəstəkləmək səlahiyyətinə malik deyildi.