10:28 - 27.01.2026
27 yanvar, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində BOKT “Finans Kredit” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi barəsində inzibati tədbir görülüb.
ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankdan bildirilib.
ABC.AZ-ın məlumatına görə, 2025-ci ilin dekabr ayında aparılan nəzarət tədbirləri zamanı “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin, həmçinin kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulduğu müəyyən edilib. Bu səbəbdən İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə əsasən BOKT “Finans Kredit” MMC-nin vəzifəli şəxsi 1 500 manat məbləğində cərimə edilib. Xatırladaq ki, “Finans Kredit” 2020-ci ilin sentyabr ayında yaradılıb. BOKT-nin səhmlərinin 100% Rəmiyəddin Məmmədov Hüseyn oğluna məxsusdur.
8 Avqust 2026
8 Avqust 2026