AB Çin tərəfindən süd məhsullarına tətbiq olunan yeni rüsumlardan narazılığını bildirib

11:58 - 24.12.2025


23 dekabrdan etibarən Çin AB-dən gətirilən süd məhsullarına 21,9%-dən 42,7%-dək rüsum tətbiq edib. Bu, Çin tərəfindən elektrik avtomobillərinin idxalına qoyulan məhdudiyyətlərə cavab tədbiri kimi həyata keçirilir.

ABC.AZ xəbər verir ki, Avropa Komissiyası Çin hakimiyyətlərinin qərarını “çox neqativ hadisə” adlandırıb. Brüssel ticarət məhdudiyyətlərinə qarşı tədbirlər görməyi planlaşdırır.

Ən yüksək rüsum FrieslandCampina şirkətinə (42,7%), ən aşağı isə Sterilgarda məhsullarına (21,9%) tətbiq olunacaq.

Rüsumlar bütün AB süd istehsalçılarına, o cümlədən fransız və alman şirkətlərinə şamil olunur. 2023-cü ildə AB-dən Çinə ixrac olunan pendir və quru südün dəyəri 1,8 milyard avro olub.

Bundan əvvəl, 17 dekabrdan etibarən Çin AB-dən gətirilən donuz ətinə də beş il müddətinə rüsum tətbiq etmişdi (4,9%-dən 19,8%-dək).