"Milli Biz" brendini 7 ildən sonra tamamlayıb hökumətə təhvil verəcəyik - Telman Əliyev

17:32 - 26.11.2025


26 noyabr, Fineko/abc.az. Azərbaycan Milli Biznes Assosiasiyasının təsis edilməsi üzrə işlərimizi davam etdiririk.

ABC.AZ xəbər verir ki, bunu "Caspian Energy Club"un İdarə Heyətinin sədri və Qrupun baş icraçı direktoru Telman Əliyev Bakıda keçirilən "2-ci Beynəlxalq Caspian Innovation Forum”unda deyib.

"Milli Biz" brendi altında vahid ekosistem yaradacağıq ki, həm Azərbaycanda, həm də dünyanın 100 ölkəsində fəaliyyət göstərən yerli sahibkarları bu platforma çərçivəsində birləşdirəcəyik. 7 ildən sonra bu layihəni tamamlayıb hökumətə təhvil verəcəyik", - o bildirib. ©Trend