12:22 - 17.11.2025
17 noyabr, Fineko/abc.az. Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) ixtisasların aparıldığı barədə məlumatlar yayılıb.
ABC.AZ xəbər verir ki, bu barədə sosial şəbəkələrdə bəzi Facebook istifadəçiləri paylaşım edib.
Onlar tam olaraq hansı idarədə ixtisarın aparıldığını yazmasa da xeyli insanın işdən çıxarıldığını yazıblar.
Bəziləri 300, bəziləri isə 1000-ə yaxın əməkdaşın işdən azad olunduğunu bildiriblər.
Hələ ki, məlumatın doğruluğu barədə rəsmi olaraq heç nə deyilmir.
Amma, ictimaiyyət arasında gəzən məlumata görə, ixtisarlar təkcə, SOCAR-da deyil, bir çox dövlət müəssisələrində həyata keçiriləcək.
Müəllif: Elmir Muradov
21 Avqust 2026
19 Avqust 2026