12:20 - 13.11.2025
13 noyabr, Fineko/abc.az. 2025-ci ilin 9 ayında dövriyyədə olan notların qalığı bank sistemindəki vəziyyətdən asılı olaraq dəyişkən olmuş, avqust ayında 744.2 mln. manat olmaqla özünün maksimumuna çatıb.
ABC.AZ Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, sentyabr ayının sonuna notlar vasitəsilə sterilizasiya olunmuş vəsaitin toplam qalığı isə 622.4 mln. manat təşkil edib.
Qeyd edilib ki, 2025-ci ilin 9 ayı ərzində açıq bazar əməliyyatları qismində likvidliyin tənzimlənməsində dəstəkləyici alət kimi 28 günlük (1 ay), 84 günlük (3 ay), 168 günlük (6 ay) və 252 günlük (9 ay) notların yerləşdirilməsi üzrə hərracların keçirilməsi davam etdirilib. Ümumilikdə, dövr ərzində Mərkəzi Bankın təşkil etdiyi müxtəlif müddətli not hərraclarının 118-i baş tutub. Baş tutan hərraclardan 30-u 28 günlük, 29-u 84 günlük, 30-u 168 günlük, 29-u isə 252 günlük notlar üzrə olub.
Son hərraclarda formalaşan gəlirlilik 28 günlük notlar üzrə 6.92%, 84 günlük notlar üzrə 6.94%, 168 günlük notlar üzrə 6.99%, 252 günlük notlar üzrə isə 7.06% olub.
13 Avqust 2026
12 Avqust 2026
13 Avqust 2026