Qrossi: İranın bütün zənginləşdirilmiş uranı hələ də qalıb

10:44 - 5.11.2025


5 noyabr, Fineko/abc.az. İsrail və ABŞ-ın zərbələrindən sonra demək olar ki, bütün zənginləşdirilmiş uran hələ də İranda qalır.

ABC.AZ xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi Financial Times qəzetinə bildirib.

"Material hələ də oradadır və biz onu heç bir son məqsədlə əlaqələndirməsək də, belə yüksək səviyyəli zənginləşdirmə materialının mövcudluğu narahatlıq doğurur", - deyə Qrossi bildirib.

Bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçı bildirmişdir ki, İslam Respublikası rəhbərliyi uranın dinc məqsədlər üçün zənginləşdirilməsini davam etdirmək niyyətindədir və raket proqramının gələcəyini müzakirə etməkdən söz ola bilməz.