09:28 - 28.10.2025
28 oktyabr, Fineko/abc.az. Çərşənbə axşamı baş tutan hərracda etalon markaların qiyməti aşağı düşür.
Brent markalı neftin dekabr fyuçersi ICE Futures birjasında saat 09:22-ə olan məlumata görə $0,22 (0,34%) azalaraq bir barel üçün $65,40-a düşüb. Oktyabrın 27 – də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin dekabr fyuçersləri $0,32 (0,49%) ucuzlaşaraq bir barel üçün $65,62 təşkil edib.
Saat 09:22-ə olan məlumata görə NYMEX əmtəə birjasının ticarətində WTI neftinin dekabr fyuçersləri $0,13 (0,21%) azalaraq bir barel üçün $61,18-a düşüb. Oktyabrın 27 – də aparılan hərracların nəticələrinə görə, WTI neftinin dekabr fyuçersləri $0,19 (0,31%) ucuzlaşaraq bir barel üçün $61,31-a düşüb.
7 Avqust 2026
7 Avqust 2026