11:46 - 22.10.2025
22 oktyabr, Fineko/abc.az. 2025-ci il üçün cari əməliyyatlar balansının (CƏB) proqnozu cüzi artım olacağını proqnozlaşdırırıq.
ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Mərkəzi Bank bu ilin sonuna CƏB profisitini 3,7 milyard ABŞ dolları təşkil edəcəyini proqnozlaşdırır.
"2026-cı il üçün isə CƏB profisitinin bu ilin iyul ayındakı açıqladığımız proqnozla eyni olacağını gözləyirik. Yəni, 2026-cı ildə cari əməliyyatlar balansının profisitinin 3 milyard ABŞ dolları olacağını proqnozlaşdırırıq", - deyə baş bankir qeyd edib.
Müəllif: Elmir Muradov