10:52 - 22.09.2025
22 sentyabr, Fineko/abc.az. ABŞ administrasiyası ölkə daxilində zənginləşdirilmiş uran istehsalını tezliklə bərpa etmək üçün plan hazırlayır.
ABC.AZ xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Duqlas Berqam bildirib.
"Amerikanın Rusiyadan uran alması qəbuledilməzdir, ona görə də energetika naziri Kris Rayt və mən ABŞ-a ən qısa zamanda ölkə daxilində zənginləşdirilmiş uran istehsalını bərpa etməyə imkan verəcək bir plan hazırlamaq üçün çalışırıq", — deyə o bildirib.
Sentyabrın 15-də ABŞ-ın energetika naziri bəyan etmişdi ki, ölkə Rusiya uranından tamamilə imtina etməyə hazır deyil. Bloomberg-ə görə, Rusiya ABŞ-da elektrik enerjisinin təxminən beşdə birini istehsal edən 94 ABŞ nüvə reaktoru üçün lazım olan zənginləşdirilmiş uranın dörddə birini təmin edir. Təxmin edilir ki, bu tədarüklərin tez dayandırılması, ölkənin elektrik enerjisi istehsalının təxminən 5%-ni təhlükə altına ala bilər.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026