15:14 - 18.09.2025
18 sentyabr, Fineko/abc.az. Mərkəzi Bankı valyuta mübadiləsi fəaliyyəti ilə məşğul olan bir neçə şirkətə qarşı tədbir görüb.
ABC.AZ xəbər verir ki, bu barədə tənzimləyici sentyabr üzrə açıqladığı qərarında bildirir.
Qurumdan verilən məlumata görə, “Meta-Kapital” MMC, “Delta Capital” MMC və “Money Shop” MMC tərəfindən avqust ayının sonuna qədər təqdim edilməli olan hesabatlar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə Mərkəzi Banka təqdim edilməyib. Bununla əlaqədar hər iki şirkətə icrası məcburi göstəriş verilib.
Mərkəzi Bank bildirir ki, bu addımlar “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən əməliyyatların aparılması və həmin fəaliyyətə nəzarət Qaydası”nın tələblərinə uyğun olaraq həyata keçirilib.
Bundan öncə valyuta dəyişmə məntəqləri olan “Meta-Kapital” MMC və “Delta Capital” MMC barəsində sərt tətbiq görülüb. Onların hər ikisinə verilən lisenziya tələblərin pozulması qarşılığnda 28.08.2025-ci il tarixindən 1 ay müddətinə dayandırılıb. Hər iki şirkət fəaliyyətini müvafiq tələb müddətinə dayandırıb.
13 Avqust 2026
12 Avqust 2026
13 Avqust 2026