Maliyyə Monitorinqi Xidmətində qeydiyyatdan keçmiş öhdəlik daşıyan şəxslərin sayı ilə bağlı HESABAT

12:13 - 18.09.2025


18 sentyabr, Fineko/abc.az. Bu il yanvarın 1-nə Maliyyə Monitorinqi Xidmətinin (MMX) Şübhəli Əməliyyatların Monitorinqi Sistemində (ŞƏMS) qeydiyyatdan keçmiş öhdəlik daşıyan şəxslərin sayı 1 593 vahid təşkil edib.

ABC.AZ MMX-ya istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 80 % çoxdur.

Qeydiyyatdan keçmiş öhdəlik daşıyan şəxslərin 47,3 %-i və yaxud 754-ü mühasibat və vergi məsləhəti xidməti göstərən şəxslər, 268-i hüquq xidməti göstərən şəxslər, 219-u audit xidməti göstərən şəxslər, 104-ü rieltorlar, 84-ü vəkil fəaliyyəti ilə məşğul olan şəxslər, 58-i bank olmayan kredit təşkilatları, 22-si bank, 17-si maliyyə lizinqi xidməti göstərən şəxslər, 14-ü ödəniş təşkilatları, 14-ü investisiya şirkətləri, 10-u elektron pul təşkilatları, 7-si lombardlar, 5-I həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan sığorta təşkilatları, 5-i kredit ittifaqları, 3-ü valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər, 3-ü virtual aktiv xidməti təminatçıları, 2-si həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan sığorta vasitəçiləri, 2-si investisiya fondu, hər birindən 1 dənə olmaqla həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan təkrarsığorta təşkilatları, mərkəzi depozitar, notarius və poçt rabitəsinin milli operatoru olub.