Ötən il Maliyyə Monitorinqi Xidməti 6,525 milyon manat gəlir əldə edib

11:13 - 18.09.2025


18 sentyabr, Fineko/abc.az. 2024-cü ildə Maliyyə Monitorinqi Xidməti (MMX) 6,525 milyon manat gəlir əldə edib.

ABC.AZ xəbər verir ki, bu, 2023-cü ilə nisbətən 50,9 % çoxdur.

Ötən il MMX-nın xərci və onun dinamikası da elə bu qədər olub. O cümlədən qurumun insan resursları üzrə xərcləri 5,423 milyon manat (illik müqayisədə 43,8 % çox), köhnəlmə və amortizasiya xərcləri 532 min manat (4,2 dəfə çox), inzibati xərcləri 570 min manat (34,1 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə MMX-nın aktivləri 11,98 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 10,9 % çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 15,5 % artaraq 8,752 milyon manata çatıb, balans kapitalı isə dəyişməyərək 3,227 milyon manat olub.