14:42 - 17.09.2025
17 sentyabr, Fineko/abc.az. Bu ilin I yarısında Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 % artaraq 1,7 milyard ABŞ dolları təşkil edib.
ABC.AZ Mərkəzi Bankına istinadən xəbər verir ki, hesabat dövründə turizm xidmətləri üzrə ixracın (946,4 milyon ABŞ dolları) idxalı (752,1 milyon ABŞ dolları) üstələməsi nəticəsində 194,3 milyon ABŞ dolları profisit yaranıb.
Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 0,7 %, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 1,1 % azalıb.
Xarici ölkələrin Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyərinin 77,4 %-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub (məkik idxal üçün vəsaitlər istisna olmaqla).
Hesabat dövründə qeyri-neft-qaz sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin həcmi 5,6 dəfə (1 il əvvəl 11,1 milyon ABŞ dolları olub) azalaraq 2 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft-qaz sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin həcmi isə 32,7 % artaraq 1,1 milyard ABŞ dolları olub.
13 Avqust 2026
12 Avqust 2026
13 Avqust 2026