Büdcədənkənar daxilolmaların 16% artacağı proqnozlaşdırılır

11:48 - 16.09.2025


16 sentyabr, Fineko/abc.az. 2026-ci ildə Azərbaycanda büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların 1 milyard 21 milyon manat olacağı gözlənilir.

Bu barədə ABC.AZ, Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”sına istinadla xəbər verir .

Məlumata görə, bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 16% çoxdur.

Büdcənin sair daxilolmalar üzrə proqnozu isə 13,9% artırılaraq 981 milyon manata çatdırılıb.