Qazaxıstanda Aİ inkişafı üzrə ayrıca nazirlik yaradılacaq

15:11 - 9.09.2025


9 sentyabr, Fineko/abc.az. Qazaxıstanda Rəqəmsal İnkişaf Nazirliyinin bazasında respublikada AI texnologiyalarının məhsuldar inkişafını təmin edəcək ayrıca bir şöbə açılacaq.

ABC.AZ xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib.

Onun sözlərinə görə, ixtisaslaşmış institutun yaradılması sayəsində respublika müasir dövrün çağırışlarına daha çevik cavab verə biləcək.

Yeni nazirliyin rəhbəri Baş nazir müavinlərindən biri olacaq. Qurumun fəaliyyət sahəsinə böyük məlumatlarla iş, rəqəmsal iqtisadiyyat daxil olacaqdır. İnnovasiya siyasətinə görə məsuliyyəti Elm Nazirliyi daşıyacaq.