10:45 - 10.08.2026
10 avqust, Fineko/abc.az. ABŞ-də zəif gələn məşğulluq göstəricilərinin Federal Ehtiyat Sisteminin (FED) faiz artımı təzyiqini azaldacağı gözləntisi birjalarda kəskin artıma səbəb olub. ABŞ-nin S&P 500 indeksi aprel ayından bəri ən uğurlu həftəlik göstəricisini nümayiş etdirərək tarixi rekord səviyyəyə çatb.
Dünya birjalarının ümumi vəziyyətini əks etdirən MSCI All Country World indeksi 0,1%, Asiya üzrə MSCI Asia indeksi isə çip istehsalçılarının səhmləri hesabına 0,6% dəyər qazanıb.
Səhm bazarlarında risk iştahını artıran digər faktor isə ABŞ rəsmilərinin İran və Umman arasında dəniz marşrutuna dair razılaşmanın yaxınlaşdığını bildirməsi olub. Lakin həftənin əvvəlində Tehranın Vaşinqtonla birbaşa danışıqları təkzib etməsi və Yaxın Şərqdəki gərginlik fonda neftin bir barelinin 84,40 dollara qalxması fond birjalarındakı artım sürətini bir qədər tənzimləyib. Bazar iştirakçıları növbəti mərhələdə faiz siyasətini müəyyən edəcək bu həftəki ABŞ inflyasiya rəqəmlərini gözləyirlər.
10 Avqust 2026
10 Avqust 2026