14:16 - 2.09.2025
2 sentyabr, Fineko/abc.az. Çinin XİN-i Rusiya vətəndaşları üçün vizasız sınaq rejimi işə salır.
ABC.AZ xəbər verir ki, bu barədə qurumun rəsmi nümayəndəsi Guo Jiakun sentyabrın 2-də brifinqdə bildirib.
"15 sentyabr 2025-ci ildən 14 sentyabr 2026-cı ilədək adi pasportları olan Rusiya vətəndaşları barəsində vizasız sınaq siyasəti tətbiq ediləcək", — deyə o bildirib.
Jiakun, Pekinin vətəndaşlarının ÇXR-ə vizasız giriş hüququ olan dövlətlərin sayını artırmaq qərarına gəldiyini açıqlayıb. Onun sözlərinə görə, bu, Çin və digər ölkələrin sakinlərinin qarşılıqlı səfərlərinin təşviqi çərçivəsində həyata keçirilib.
8 Avqust 2026
8 Avqust 2026