12:30 - 1.09.2025
1 sentyabr, Fineko/abc.az. Bu ilin iyul ayının sonuna Azərbaycanda rezident maliyyə institutlarının (həmçinin, statistik vahidin ödəniş kartları) emissiya etdiyi “American Express” kartları vasitəsilə əməliyyatların sayı 6,4 min ədəd, əməliyyatların həcmi isə 0,9 milyon manat olub.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bir ay əvvəlki göstərici ilə müqayisədə “American Express” kartları ilə əməliyyatların sayı 0,9 min ədəd ədəd və ya 12,3%, əməliyyatların həcmi isə 0,2 milyon manat, yaxud da 18,1% azalıb.
Bundan başqa, hesabat dövründə qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi “American Express” kartları vasitəsilə əməliyyatların sayı 1,5 min ədəd, əməliyyatların həcmi isə 1 milyon manat olub.
Bir ay əvvəlki göstərici ilə müqayisədə qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi “American Express” kartları vasitəsilə əməliyyatların sayı 0,2 min ədəd və ya 11,8%, əməliyyatların həcmi isə 0,4 milyon manat, yaxud da 28,6% azalıb.