10:43 - 29.08.2025
29 avqust, Fineko/abc.az. Bir sıra Səudiyyə şirkətləri Suriyanın Energetika Nazirliyi ilə altı əməkdaşlıq memorandumu imzalayıb.
ABC.AZ xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı xəbər agentliyi məlumat yayıb.
Sazişlər qaz yataqlarının axtarışı və inkişafı, qazma işləri, qaz emalı, geofiziki tədqiqatlar və seysmik analiz məlumatlarının təfsiri daxil olmaqla enerji sənayesinin müxtəlif aspektlərini əhatə edir.
Xüsusilə, TAQA və ADES Holding şirkətləri neft-qaz yataqlarının inkişafı və idarə olunması üçün kompleks həllərin işlənib hazırlanmasına yönəlmiş iki sənəd imzalayıblar.
Arabian Drilling və ARGAS qazma və geofiziki xidmətlər sahəsində əməkdaşlıq haqqında memorandumlar imzalayıblar. Enerji sənayesində Saudi Electricity Company və onun törəmə şirkəti SE Project Development, elektrik enerjisi istehsalı, ötürülməsi və paylanması və mühəndislik və məsləhət layihələrində qarşılıqlı fəaliyyət barədə razılığa gəliblər. ACWA Power günəş (1000 MVt-a qədər) və külək (1500 MVt-a qədər) enerjisi, eləcə də enerji saxlama sistemləri üzrə tədqiqat və təkliflərlə məşğul olacaq. Sənəddə Suriya elektrik stansiyalarının təhlili, onların bərpası və modernləşdirilməsi, həmçinin milli şəbəkənin optimal enerji balansı üçün qiymətləndirilməsi nəzərdə tutulur.
8 Avqust 2026
8 Avqust 2026