Yeddi ayda  informasiya və rabitə sektorunun gəlirləri 7 faizdən çox artıb

10:17 - 18.08.2025


18 avqust, Fineko/abc.az. Cari ilin yeddi ayında Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələrin göstərdiyi xidmətlərin dəyəri 2082,8 milyon manat təşkil edib.

Bu barədə ABC.AZ Dövlət Statistika Komitəsinin məlumatına istinadla xəbər verir.

Qeyd olunur  ki, bu göstərici, ötən ilin eyni dövrü ilə müqayisədə 7,4 faiz çoxdur.

Göstərilən xidmətlərin 73,1 faizi əhali tərəfindən istehlak olunub. Xidmətlərdən əldə edilən gəlirin 33,7 faizi və ya 702,6 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.