11:38 - 23.07.2025
23 iyul, Fineko/abc.az. Mərkəzi Bank 2025-ci ilin sonuna neftin bir barelinin orta qiymətini 68,6 dollar səviyyəsində proqnozlaşdırır.
ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankda faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında tənzimləyici qurumun İdarə Heyətinin sədri Taleh Kazımov deyib.
Onun sözlərinə görə, həmin dövrə qazın ixrac olunmuş min kubmetrinin qiyməti 299 dollar səviyyəsində proqnozlaşdırılır: "2026-cı il üzrə isə neftin bir barelinin orta qiymətinin 64,6 ABŞ dolları səviyyəsində olacağını gözləyirik. Eyni dövrə qazın ixrac olunmuş min kubmetrinin qiymətini 290 dollar səviyyəsində olacağı gözlənilir".
Müəllif: Elmir Murad