11:48 - 10.07.2025
10 iyul, Fineko/abc.az. Cari ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,9 faiz artaraq 1,8 milyard dollar təşkil edib.
ABC.AZ bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın iyul sayına istinadən xəbər verir.
Qeyd olunub ki, hesabat dövründə aqrar məhsulların ixracı 21,9 faiz artaraq 455,2 milyon dollar, aqrar-sənaye məhsullarının ixracı 7,7 faiz artaraq 145 milyon dollara bərabər olub.
Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 18,2 faiz artaraq 600,3 milyon dollar təşkil edib.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026