Çexiyanın bir hissəsi elektriksiz qalıb

15:33 - 4.07.2025


4 iyul, Fineko/abc.az. Çexiya ərazisinin bir hissəsi elektriksiz qalıb, səbəbi hələ məlum deyil. 

ABC.AZ xəbər verir ki, bu barədə ČTK xəbər agentliyi məlumat yayıb.

Cümə günü günortadan sonra Praqanın bir hissəsi və paytaxtla bitişik bölgəsi elektriksiz qalıb. Respublikanın şimal-qərbindəki Ustetsk və Liberetsk bölgələrində gərginliyin verilişi dayandırılıb.
Agentliyə görə, elektrik ötürmə sisteminin bir hissəsində gərginlik yoxdur. Bir neçə yarımstansiya söndürülüb.