09:16 - 25.06.2025
25 iyun, Fineko/abc.az. Etalon markaların qiyməti iki sessiya nəticəsində 14,7% düşdükdən sonra çərşənbə günü ticarətdə yüksəlir.
Brent markalı neftin avqust ayı üçün fyuçersləri ICE Futures birjasında qiyməti saat 09:10-a olan məlumata görə, $0,88 (1,31%) artaraq bir barel üçün $68,02-a yüksəlib. İyunun 24-də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin avqust fyuçersləri $4,34 (6,07%) azalaraq bir barel üçün $67,14-a enib.
NYMEX əmtəə birjasının ticarətində WTI neftinin avqust fyuçerslərinin qiyməti saat 09:10-a olan məlumata görə, $0,79 (1,23%) artaraq bir barel üçün $65,16-a yüksəlib. İyunun 24-də aparılan hərracların nəticələrinə görə, WTI neftinin avqust fyuçersləri $4,14 (6,04%) ucuzlaşaraq bir barel üçün $64,37-a düşüb.
13 Avqust 2026
12 Avqust 2026
13 Avqust 2026
12 Avqust 2026