11:31 - 5.06.2025
5 iyun, Fineko/abc.az. İyunun 4-dən etibarən Gürcüstanda gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə yenilənmiş pasportlar, ID-kartlar və yaşayış icazələri verilməyə başlanılıb.
ABC.AZ xəbər verir ki, yeni sənədlərdə QR kodu, identifikasiya sertifikatı, şəxsi açar və sənədi verən orqanın məlumatları var. Gürcüstanın gerbi bayraqla birlikdə tam formada təqdim olunur.
Pasport rəngləri: mülki pasport — tünd qırmızı, diplomatik pasport — tünd göy, rəsmi pasport — qara.
4 iyun 2025-ci il tarixinədək verilmiş əvvəlki sənədlər qüvvədə olma müddəti bitənə qədər qüvvədə qalır.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026