16:26 - 29.04.2025
29 aprel, Fineko/abc.az. İyul ayı üçün emal edilməmiş düyü fyuçerslərinin qiyməti 0,72% ucuzlaşıb.
ABC.AZ xəbər verir ki, bazar ertəsi Nyu-Yorkun “Comex” birjasında keçirilən ticarətin nəticələrinə görə, qiymət hər yüz kiloqram üçün 12,72 dollar təşkil edib.
Ticarət zamanı qiymət 12,25 dollara düşüb ki, bu da 2020-ci ilin noyabrından bəri ən aşağı səviyyədir. Ayın əvvəlindən qiymət 6%-dən çox, ilin əvvəlindən isə təxminən 10% ucuzlaşıb.
Qeyd edək ki, martın sonunda “Financial Times” yazıb ki, düyü qiymətlərinin düşməsi Hindistanın 2022-ci ildən qüvvədə olan bu məhsulun ixracına qoyulan məhdudiyyətləri aradan qaldırması ilə bağlıdır.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026