Bakıda Qırğızıstanın Ticarət Evi açılıb

15:57 - 29.04.2025


29 aprel, Fineko/abc.az. Bakıda Qırğızıstanın Ticarət Evi fəaliyyətə başlayıb – bu formatda Azərbaycanın ərazisində ilk daimi nümayəndəlikdir və ölkələr arasında ticarət-iqtisadi, investisiya və mədəni əlaqələrin möhkəmləndirilməsinə yönəlib.

ABC.AZ xəbər verir ki, Ticarət Evi ticarət, sərgi və turizm zonalarını birləşdirir və müvəqqəti yarmarkalardan fərqli olaraq, daimi əsasda fəaliyyət göstərir.

Xüsusilə Qırğızıstanın ixracı, investisiya və turizm potensialının, o cümlədən ekoturizm və mədəni irsinin təşviqinə diqqət yetirilir.

Layihə iqtisadi diplomatiya və Avrasiya inteqrasiyası aləti kimi qiymətləndirilir.