ChatGPT-də onlayn alış-veriş imkanı yaradılıb

11:08 - 29.04.2025


29 aprel, Fineko/abc.az. ABŞ-ın OpenAI şirkəti süni intellektə əsaslanan ChatGPT çat-botuna məhsul axtarışı və alış-veriş funksiyası əlavə edib.

ABC.AZ xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Yeni funksiya sayəsində istifadəçilər məhsulları tez bir zamanda müqayisə edə və ChatGPT vasitəsilə xarici saytlara keçid edərək alış-veriş edə biləcəklər. İlkin mərhələdə elektronika, moda, kosmetika və ev məhsulları kimi bir neçə kateqoriya dəstəklənəcək. Gələcəkdə OpenAI bu çeşidi daha da genişləndirməyi planlaşdırır.

Alış-veriş aləti həm ChatGPT-nin 500 milyon aktiv istifadəçisinə, həm də çat-botda qeydiyyatdan keçməmiş istifadəçilər üçün mümkündür.