11:27 - 23.04.2025
23 aprel, Fineko/abc.az. Azərbaycanda 2025-ci il üzrə 3,3% iqtisadi artım proqnozlaşdırılır.
ABC.AZ xəbər verir ki, bunu mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
Sözügedən artımı Mərkəzi Bankın proqnozlaşdırdığını deyən T.Kazımov bildirib ki, 2026-cı ildə 2,4 faiz iqtisadi artım proqnozlaşdırılıb.
"Qeyri neft-qaz sektoru üzrə bu rəqəm müvafiq olaraq 4,7% və 4,6% olacaq. Ümumilikdə Mərkəzi Bankın makro-iqtisadi proqnozları müsbətdir".
Müəllif: Elmir Murad