Gürcüstan yenidən şəkər idxalına rüsum tətbiq edir

17:29 - 11.04.2025


11 aprel, Fineko/abc.az. Gürcüstan hökuməti aprelin 22-dən etibarən şəkər idxalına rüsum tətbiq edir. Belə ki, 100 kq-dan çox idxal edildikdə kiloqram başına 40 tetri, yəni hər ton üçün 400 lari tətbiq ediləcək.

ABC.AZ xəbər verir ki, sərəncam il ərzində, 22 aprel 2026-cı il tarixinədək qüvvədə olacaq.

Rüsumlar preferensial mənşə sertifikatı olan, yəni Gürcüstanın idxal üçün sıfır tarifləri nəzərdə tutan ticarət müqaviləsi olan ölkədə istehsal olunan mallara şamil olunmayacaq.