Blinken: Baydenin vaxtında da Ukrayna ilə yerin təki haqqında saziş müzakirə edilmişdi

11:30 - 11.04.2025


11 aprel, Fineko/abc.az. “Bundan əlavə, Zelenskinin Administrasiyamızın son altı ayında təklif etdiyi “Qələbə Planı”nın bir hissəsi Ukrayna ilə məhz bu istiqamətdə əməkdaşlığı nəzərdə tuturdu".

ABC.AZ xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş dövlət katibi Entoni Blinken bildirib.

O, Baydenin komandasında Zelenski ilə də fikir ayrılıqlarının olduğunu, lakin bu cür məsələlərin ictimaiyyətə çatdırılmamasına çalışdıqlarını bildirib.