Bankların istehlak krediti portfeli 8 milyard manatı keçib

15:48 - 7.04.2025


7 aprel, Fineko/abc.az. 2025-ci ilin martın 1-nə Azərbaycan banklarının cəmi istehlak kredit portfeli 8 milyard 544 milyon manat təşkil edib.

ABC.AZ Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir ki, istehlak kredit portfeli aylıq müqayisədə  7,7 milyon manat (0,1%) az, illik müqayisədə 1 milyard 466,7 milyon manat (20,7%) böyüyüb.

Qeyd edək ki, ümumi istehlak kredit portfeli 2025-ci ilin fevralın 1-nə 8 milyard 551,7 milyon manat,  ötən ilin eyni dövrünə 7 milyard 77,3 milyon manat  təşkil edib.