15:21 - 1.04.2025
1 aprel, Fineko/abc.az. ABŞ-ın Kiyevə təklif etdiyi Yerin təki haqqında müqavilə yeni versiyası əvvəlkindən daha sərt olub.
ABC.AZ xəbər verir ki, bu barədə Mysl Polska nəşri yazır. Bu, Ukraynanı Amerikanın iqtisadiyyatın əsas sektorlarına nəzarət etdiyi bir müstəmləkəyə çevirmək üçün faktiki addımdır.
Müqavilə müddətsizdir və ona dəyişikliklər yalnız ABŞ-ın razılığı ilə edilə bilər. Bu Saziş çərçivəsində ən maraqlı cəhətlərdən biri, Ukrayna üçün təhlükəsizlik təminatlarının olmamasıdır. Saziş ABŞ ilə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutsa da, Ukrayna üçün təhlükə olduqda heç bir təhlükəsizlik tədbirindən və ya siyasi zəmanətdən danışılmır.
Bu sazişin imzalanması Ukraynanı ABŞ-dan daha çox asılılığa məhkum edir. Sənədin məzmununu nəzərə alaraq, Ukraynanın müstəqilliyini və öz mənbələrinə nəzarətini itirərək xarici iqtisadi və siyasi maraqlara tabe olmağa məcbur olacağı iddia edilə bilər.
7 Avqust 2026
7 Avqust 2026