11:06 - 12.03.2025
12 mart, Fineko/abc.az. Dövlət Dumasına (RF) astrologiya, sehr və falçılıq da daxil olmaqla ezoterik, mənəvi və enerji xidmətlərinin reklamının qadağan edilməsi haqqında qanun layihəsi təqdim olunacaq.
ABC.AZ xəbər verir ki, bu barədə Dumanın Ailə, Qadın və uşaq Komitəsinin rəhbəri Nina Ostanina Telegram kanalında məlumat verib.
Qeyd olunur ki, qanun layihəsi Rusiyalıları "dezinformasiya, manipulyasiya və fiziki və zehni sağlamlıqlarına mənfi təsirlərdən" qorumağa yönəlib.
Ostaninanın sözlərinə görə, qanun layihəsi qəbul olunarsa, Rusiyada astrologiya, sehr və falçılıq da daxil olmaqla ezoterik, mənəvi və enerji xidmətlərinin reklamı qadağan ediləcək. Bu cür təklifləri yayan internet resurslarının bloklanması təklif olunur.
Sənədin mətnindən bu nəticəyə gəlinir ki, deputatlar kimyagərlərin, astroloqların, cadıların, mediumların, numeroloqların, taroloqların, runoloqların və s. xidmətlərinin reklamlarının yerləşdirilməsini qadağan etmək istəyirlər. Siyahıda nutrisioloqlar, xiromantlar və çakroloqlar da var.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026