İranın ali lideri Trampın yeni nüvə sazişi üzrə danışıqlar təklifinə razılıq verməyib

10:40 - 10.03.2025


10 mart, Fineko/abc.az. İranın ali lideri Əli Xamenei bildirib ki, Tehran "qorxuducu" güclərlə danışıqlar aparmayacaq.

ABC.AZ xəbər verir ki, ötən cümə, martın 7-də ABŞ prezidenti Donald Tramp, İranın Ali liderinə danışıqlar təklifi ilə bir məktub göndərdiyini demişdi. Lakin nə Amerika, nə də İran rəsmiləri məktubun göndərildiyini və qəbul edildiyini təsdiqləmədilər.

Tehranda hesab edirlər ki, hələ ünvanı üzrə çatmamış bir məktub göndərmək iddiası, Trampın diplomatiya aktından daha çox ictimai rəyi dəyişdirmək üçün təbliğat cəhdidir.