Qızılın dəyəri azalır

11:12 - 7.03.2025


7 mart, Fineko/abc.az. Qızılın dəyəri cümə günü səhər bu həftənin əvvəlindən ardıcıl dörd ticarət sessiyasında artdıqdan sonra azalır.

ABC.AZ xəbər verir ki, saat 9:54-dən etibarən Nyu-York Comex birjasında qızılın aprel fyuçerslərinin qiyməti əvvəlki bağlanışa nisbətən 9,11 dollar və ya 0,31% azalaraq troya unsiyasına 2,917,49 dollara düşüb. Bu həftənin əvvəlindən əvvəlki dörd ticarət günü ərzində qızıl qiymətləri 2,74% artıb.

Eyni zamanda, gümüşün may fyuçersləri 0,45% - unsiya başına 33,188 dollara qədər ucuzlaşıb.