10:51 - 7.03.2025
7 mart, Fineko/abc.az. “Trading Economics” (TE) beynəlxalq iqtisadi statistika portalı Azərbaycan Mərkəzi Bankının (AMB) uçot faiz dərəcəsi ilə bağlı proqnozuna bəzi dəyişiklər edib.
ABC.AZ xəbər verir ki, portal yenidən AMB-nin 2025-ci ilin I rübündəki qərarlarında uçot dərəcəsini sabit saxlayacağı, ilin II rübündə isə uçot dərəcəsini 6,75%-ə qədər endiricəyi gözləntisindədir.
Bununla belə, “Trading Economics” qlobal makro modelləri və analitiklərin gözləntilərinə əsasən, III rüb üzrə proqnozunu 6,5%-dən 6,25%-ə endirib, IV rüb üzrə isə 5%-dən 5,5%-ə qədər artırıb. Bu isə müvafiq olaraq əvvəlki proqnozdan 0,25% az və 0,5% çoxdur.
Qeyd edək ki, bundan əvvəl, “Fitch Solutions” şirkəti AMB-nin uçot dəcərəsini 6,75%-ə endirəcəyini proqnozlaşdırıb. Niderlandın maliyyə korporasiyası “ING Group” isə əksinə, hesab edir ki, Mərkəzi Bank uçot dərəcəsini 7,25%-dən 7,50%-ə yüksəldəcək. (APA)
20 Avqust 2026
20 Avqust 2026
20 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026