Mərkəzi Bank onları cərimələdi - Detallar

15:24 - 5.03.2025


5 mart, Fineko/abc.az. Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “SF Azerbaijan” Bank Olmayan Kredit Təşkilatı (BOKT) MMC və onun vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib.

ABC.AZ xəbər verir ki, nəzarət tədbirləri zamanı cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulduğu müəyyən edilib. Bu səbəbdən İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci və 598.1.6-cı maddələrinə əsasən, “SF Azerbaijan” BOKT MMC 50 000 manat, onun vəzifəli şəxsi isə 10 000 manat məbləğində cərimə olunub.

Qərar Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilib.