16:44 - 4.03.2025
4 mart, Fineko/abc.az. Beynəlxalq şəkər Təşkilatının (ISO) qiymətləndirməsinə görə, 2024-2025 mövsümü üçün dünyada şəkər çatışmazlığı proqnozu noyabrdakı 2,51 milyon tondan 4,88 milyon tona yüksəlib.
ABC.AZ xəbər verir ki, 2023-2024 mövsümündə dünya şəkər istehsalı istehlakdan 1,31 milyon ton çox olub. Cari mövsümdə şəkər istehsalı 175,5 milyon ton təşkil edəcək ki, bu da bir il əvvələ nisbətən 3% çoxdur.
2025-2026 mövsümü üçün Londonda Czarnikow şəkər birjası Braziliyada rekord şəkər istehsalını 43,6 milyon proqnozlaşdırıb. Mütəxəssislər proqnozun artmasını Cənubi Amerika ölkəsində şəkər istehsalının şəkər qamışından etanol istehsalının daha sərfəli olması ilə izah ediblər.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026