Mərkəzi Bank onları cərimələdi

16:47 - 28.02.2025


28 fevral, Fineko/abc.az. Mərkəzi Bankı “İcraçı Kredit Agentliyi” MMC BOKT və “LEVEL LEASING” MMC-ni cərimələyib.

ABC.AZ xəbər verir ki, Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində qanunvericiliklə müəyyən edilmiş müddətdə hesabatların təqdim olunması və Məlumatların Elektron Açıqlanması Sistemi vasitəsilə ictimaiyyətə açıqlanması qaydalarının pozulması səbəbi ilə “İcraçı Kredit Agentliyi” MMC BOKT və “LEVEL LEASING” MMC İnzibati Xətalar Məcəlləsinin 422-ci maddəsinə uyğun olaraq hər biri 2000 manat məbləğində cərimə edib.

MEAS qiymətli kağızları kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış emitentlər tərəfindən qanunverciliklə açıqlanması nəzərdə tutulan məlumatların qəbulu, mərkəzləşdirilmiş qaydada saxlanılması və ictimaiyyətə açıqlanması üzrə vahid məlumat resursudur.