Yaponya aviadaşıyıcısı 13,4 milyard dollarlıq yeni Boeing, Airbus və Embraer alır

17:24 - 26.02.2025


26 fevral, Fineko/abc.az. Yaponiyanın ən iri aviadaşıyıcısı All Nippon Airways (ANA) üç istehsalçıya — Boeing, Airbus və Embraer-ə 77 təyyarə sifariş edib.

ABC.AZ xəbər verir ki, bu, Yaponiya şirkəti üçün ən böyük sifarişdir, dəyəri endirimlər istisna olmaqla təxminən 2 trilyon yen (13,4 milyard dollar) təşkil edir.

Amerikanın Boeing şirkəti, ANA üçün 30 təyyarə, Avropanın Airbus-u — 27, Embraer — 20 təyyarə sifarişi alıb, bu ANA tərəfindən Braziliya istehsalçısına edilən ilk sifarişdir. Yaponiya aviadaşıyıcısının sözlərinə görə, 2031-ci maliyyə ilinin sonuna qədər onun hava parkında 320-yə yaxın təyyarə olacaq ki, bunun da yarısından çoxu Boeing 787 təyyarələri təşkil edəcək.