10:30 - 26.02.2025
26 fevral, Fineko/abc.az. Qızılın troy unsiyası dünya bazarında 3000 dollara yüksəlməkdə davam edir. "Ticarət müharibələri"nin başlaması və onlarla birlikdə inflyasiya gözləntilərinin artması “öküz ralli”sini sürətləndirir.
ABC.AZ xəbər verir ki, dünyanın aparıcı elektron əmtəə Birjası COMEX-in (Nyu-Yorkda yerləşir) məlumatına görə, yanvar ayında böyük oyunçular tərəfindən yığılmış uzun mövqelərin sayı 2020-ci ilin zirvələrinə (mütləq maksimum) yaxınlaşıb və yaxınlaşan genişmiqyaslı korreksiyanın risklərinə işarə edir.
18 Avqust 2026