16:18 - 24.02.2025
24 fevral, Fineko/abc.az. ABŞ şirkətləri tərəfindən Ukrayna minerallarının hasilatı ilə bağlı ABŞ və Ukrayna arasında saziş üzrə danışıqlar son mərhələdədir.
ABC.AZ xəbər verir ki, bu barədə Ukraynanın Baş nazirinin müavini Olga Stefanişina X sosial şəbəkəsində bildirib.
Xatırladaq ki, Vladimir Zelenski ABŞ-a Ukraynada nadir torpaq metallarının hasilatı hüququnu təklif etmişdi. ABŞ prezidenti Donald Tramp bununla maraqlandı və resurs hasilatı və limanların və digər infrastrukturun fəaliyyətindən əldə olunan gəlirin 50%-nin Amerika tərəfi göstərilən köməyə görə 500 milyard dollar alana qədər ABŞ xüsusi Fonduna gedəcəyi razılaşma göndərdi.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026