15:38 - 21.02.2025
21 fevral, Fineko/abc.az. Azərbaycanda problemli aktivlərlə bağlı risklər əhəmiyyətli dərəcədə azalıb.
ABC.AZ xəbər verir ki, bu barədə “Fitch Ratings”in təhlilində bildirilir.
“Qafqaz regionunda (Ermənistan, Azərbaycan və Gürcüstan) bankların kredit göstəriciləri son iki ildə yüksək templi iqtisadi artım və biznes həcminin böyüməsi fonunda yaxşılaşmaqda davam edir. Bu tendensiyalara Ukraynadakı hərbi münaqişənin yan təsirləri, daha dəqiq desək, Rusiya ilə ticarət, miqrasiya və onunla əlaqəli pul axınları, həmçinin, yüksək xammal qiymətləri təsir göstərir. Biz bankların əsas əmsallarının tarixi normadan yüksək qalacağını gözləsək də, reytinqlərin trayektoriyası müxtəlif ölkələrdə fərqli-fərqli ola bilər”, – deyə materialda qeyd olunur. (Trend)